24 yaşlı oğlan dünyasını dəyişdi

  • SpaceTV
  • 11 Oktyabr 2019 17:17

Eyni  gündə eyni, və eyni gecədə , eyni ünvanda gecəyarısı iki müəmmalı  hadisə. Gecə saat 2 radələrində 24 yaşlı oğlan 5-ci mərtəbədən düşərək dünyasını dəyişdi.Hadisənin intihar olduğu deyilirdi.Yollandıq sözügedən ünvana.Mərhumun yaxınları ilə həmsöhbət olduq.Öyrəndikki Zaur Qaraşıxov heçdə intihar etməyib. Onun intihar etməsi üçün heçbir səbəb də yoxdur.Deyilənlər yalandır. Zaur  ehtiyatsızlıqdan yıxılıb.

Zaurun eyvanda məhəccərə söykənib siqaret çəkməsinə qarşı anası dəfələrlə onu xəbərdarlıq edib.Amma bu dəfə bu Zaurun həmin yerdə sonuncu siqaret çəkməyi olur. Zaur subay idi.Yaxın vaxtlarda toyunu etmək fikirləri var idi. Ailədə iki uşaq olan Zaurun bacısı özündən balacadı.Eyni gecədə baş verən digər hadisə olan yerə də yollandıq.Burda da avtomobil gecə saatların da yanıb.Onun da sahibi Zaurun ehtiyatsızlıqdan düşdüyü binadan  iki bina sonrakı binada 5-ci mərtəbədə qalır.Gecə 4-ə 5 dəq qalmış birinci mərtəbədə qalan qonşu yanğını görüb.Dərhl oğlunu oyadıb.Oğlu 5-ci mərtəbəyə qalxaraq avtomobilin sahibinə dərhal məlumat verib.Bundan sonra qonşular aşağı düşüblər. Maşın tam yararsız hala düşüb.

HÜRÜ ƏLİYEVA SPACE TV

Paylaş

 Xəbəriniz olsun