23 nəfər həyatını itirib

  • SpaceTV
  • 14 Avqust 2019 12:33

Space.TV– məlumat verir ki, Yaponiyadakı anomal istilər nəticəsində 23 nəfər həyatını itirib. Bundan başqa 13 min nəfər günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib. Ölkənin FHN və təcili yardım xidmətinin funksiyalarını həyata keçirən Yaponiya Yanğından Mühafizə İdarəsi bildirib ki,  təkcə ötən həftə ərzində 12 min 571 nəfər günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib.

Ölkə ərazisinin əksər hissələrində üzücü istilər hökm sürür, havanın temperaturu isə 39 dərəcədən yuxarını göstərir.

Paylaş

 Xəbəriniz olsun