23 Hərbiçi ölüb

  • SpaceTV
  • 12 Avqust 2019 12:32

Space.TV-nin Xarici mətbuata istinadən verdiyi məlumata görə, Suriya ordusunun 23 hərbçisi 10-11 avqust tarixlərində yaraqlılar tərəfindən edilən hücum nəticəsində həlak olub, 7 nəfər isə  yaralanıb.

Bildirilir ki, yaraqlılar avqustun 10-da Sukayk-Açan istiqamətində, İkko yaşayış məntəqəsi ərazisində, avqustun 11-də isə Murek-Açan və Kafer-Ayn — Kafer-Nbuda istiqmətlərində hökumət qoşunlarının mövqelərinə hücum ediblər.

Məlumata görə, yaraqlıların bütün hücumlarının qarşısı alınıb. Bu zaman 23 hərbçi ölüb, daha 7-si yaralanıb. Yaraqlılar ciddi itki veriblər.

Paylaş

 Xəbəriniz olsun