Tovuz rayonunda 22 yaşlı oğlanı bıçaqlayan şəxs saxlanılıb.
Space TV – Qərb bölgə müxbirinin verdiyi məlumata istinadən bildirir ki, Tovuz rayonunda 22 yaşlı gənc bıçaqlanıb. Belə ki, rayonun Hunanlar kənd sakini, 1997-ci il təvəllüdlü İsmayıl Məmmədovu həmkəndlisi 34 yaşlı Məhərrəm Tağıyev bıçaqlayıb. Məhərrəm T. Polis əməkdaşları tərəfindən saxlanılıb. Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.