21 yaşlı gənci it dişləyib

  • SpaceTV
  • 19 Noyabr 2019 14:44

Olay Cəlilabad rayonunun ucqar dağ kəndi olan Soyuqbulaqda  yaşanıb. Belə ki, Oğrubulaq kənd sakini, 21 yaşlı Vurğun Əbilov günorta saatlarından sonra qonşu yaşayış məntəqəsindən öz evlərinə qayıdarkən kənd itlərinin hücumuna məruz qalıb. O, özünü kənd itlərindən qorumağa çalışsa da bu mümkün olmayıb.

İtlərdən biri onun baş nahiyyəsini və sol göz hissəsini dişləyərək xəsarət yetirib. Al-qan içində olan gənc yaxınlıqdakı evlərdən birinə sığınmaqla kənd itlərindən yaxa qurtara bilib.Sonra Vurğun Əbilov yaxınlarının köməkliyi ilə Cəlilabad Rayon Mərkəzi Xəstxanasına çatdırılıb.

Xəstəxanada lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə vaksin vurulduqdan sonra o, ambulator müalicəyə buraxılıb.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun