21-ci əsrdə caduyla ev yıxmaq istəyənlər – VİDEO

  • Space TV
  • 28 Avqust 2020 14:03

21 əsrdə  olsaq da təəssüf ki, pis  niyyətlərini həyata  keçirmək üçün  batil  inanclara  ümid  edənlər hələ də var. 2 həmcinsi bir gənc qızın  həyatını məhv etmək üçün caduya əl atıblar.  Space TV-nin məlumatına görə, tükürpədən hadisə dünən axşam  saatlarında Binəqədi  rayonunun eyniadlı qəsəbəsində baş verib. Belə ki, ev sahibi 2 naməlum qadının onun  oğlunun evi  qarşısındadolaşdığını görübElə bu məsələ də onun içində  şübhə  yaradıb.

Ev sahibinaməlum qadınları təqib etməyə başladıqda,  qadınların  diqqəti  yayındırmağa  çalışdıqlarını görüb.

Naməlum qadınlar oranı tərk etdikdən  sonra, ev sahibi onların  olduqları  yerə getdikdə  gözlərinə  inana  bilməyib.

Qazılmış  torpaq  və   içinə basdırılmış torba, torbanın içində isə nələr, nələr…

Maraqlısı budur ki, torbadan çıxan şəkildəki qızı tanıyan yoxdur. Qızın kimliyini  araşdırmaq istəyirdik ki,  pis niyyətli insanların etdikləri növbəti əməl də ortaya çıxdı.

Bəli, bir torba pis niyyətli əmələ doymayan qadınlar əraziyə daha bir şüşə qabda açarlar qoyub ki, bu açarların da həmin kilidlərin açarı olduğu bildirilir.

Bu dəhşətli və xürafatdan doğan hadisəni daha da araşdırmaq üçün din xadimi ilə əlaqə saxladıq.

Bəs o qız, cadu edilən o xanım kimdir?

Qeyd edək ki, şəkildə gördüyünüz bu qızı tanıyanlar varsa Space kanalına zəng edib,  hadisə barədə daha ətraflı məlumat ala bilər.

Elvira Səfərli, Həsənağa Dadaşov, Space TV

Paylaş

 Xəbəriniz olsun