2020-ci ildə Gənclər və İdman Nazirliyinin verdiyi fəxri adların sayı bilindi

  • Space TV
  • 21 Dekabr 2020 14:01

Gənclər və İdman Nazirliyi 2020-ci il ərzində neçə adama fəxri adın verildiyini açıqlayıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın Spacetv.az-a verdiyi məlumata görə, 41 nəfər mükafatlandırılıb.

Fəxri ad alanlardan 12-i Fəxri bədən tərbiyəsi və idman işçisi, 20-i Əməkdar məşqçi, 2-i Respublika dərəcəli hakim və 7-i Əməkdar idman ustası fəxri adlarına layiq görülüb.

Paylaş

 Xəbəriniz olsun