2019-cu ildə Azərbaycanda 15-17 yaşlı qadınlar 2320 uşaq dünyaya gətiriblər

  • Space TV
  • 29 Dekabr 2020 15:58

Erkən yaşda evlilik halları dövlət qeydiyyatına alınmadığı üçün onların statistika aparılmır. Lakin 15-17 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayını əsas götürməklə təxminən uşaq nigahları ilə bağlı rəqəmləri müəyyən etmək mümkündür.

Spacetv.az xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2019-cu il üzrə illik məlumatında qeyd edilib.

Bildirilib ki, statistikaya görə 2011-ci ildə belə qadınlar tərəfindən doğulan uşaqların sayı 4392 idisə, 2019-cu ildə bu rəqəm 2320 olub. Bu isə rəqəmlərin iki dəfə azalması deməkdir.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə hazırlanan hesabat Milli Məclisin sabah keçiriləcək iclasında dinləniləcək.

Paylaş

 Xəbəriniz olsun