2019-cu il ərzində 48,113 mln. manat həcmində sığorta haqqı yığıldı

  • Space TV
  • 8 Fevral 2020 13:04

Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə 2019-cu il ərzində 48,113 mln. manat həcmində sığorta haqqı yığılıb.

SPACE TV-ın məlumatına görə Azərbaycan Mərkəzi Bankına(AMB) istinadən verdiyi xəbərə görə, hesabat ilində şirkətlər bu sığorta növü üzrə cəmi 3,101 mln. manat həcmində ödəniş həyata keçiriblər.

AMB-nin açıqladığı hesabata əsasən, icbari həyat sığortası üzrə yığımlar 2018-ci il ilə müqayisədə 36% artıb. Bu müddətdə ödənişlərin həcmində isə əksinə 1,1% azalma qeydə alınıb.

Paylaş

 Xəbəriniz olsun