200 nəfər cərimələndi, 1 nəfər isə həps edildi

  • SpaceTV
  • 13 İyul 2020 16:28

Şəhərin küçə, prospekt və parkları boş. İnsanların daha çox toplaşdığı çayxanalar, alış-veriş məkanları bağlı. Görüntülər sərt karantin rejimi tətbiq edilən Mingəçevirdə lentə alınıb. Şəhərin girişində qurulan postlarda polislər sürücü və sərnişinlərin icazəli olub olmamasını yoxlayır. Yoxlamalar zamanı həm piyada, həmdə sürücülər arasında icazə almadan şəhərə çıxanlar aşkarlanıb. Onlar arasında qaydaları pozub sərnişin daşıyanlar da olub.

Mingəçevir sakinləri karantin rejiminə ciddi əməl etməyin vacibliyini deyirlər. Artıq küçədə, avtomobillərdə maska taxmayanlara demək olar ki, rast gəlinmir. Onu da qeyd edək ki, şəhər ərazisində sərt karantin rejimi tətbiq edilən 8 gün ərzində 220 qayda pozan şəxsə İnzibati Xətalar məcəlləsinin müvafiq maddələrinə əsasən cərimələr tətbiq edilib. 1 nəfər isə həbs edilib.

Emin Babayev space tv

Paylaş

 Xəbəriniz olsun