200 ədəd xalça toxunub

  • SpaceTV
  • 4 Dekabr 2019 16:09

İki il öncə Qubada yaradılan xalçaçılıq müəssisəsi hazırda öz inkişaf dövrünü yaşayır. Burada əsasən Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran rayonlarının kəndlərinə xas olan tarixi və orijinal çeşnilər əsasında xalçaların toxunmasına üstünlük verilir. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikanın ayrı-ayrı bölgələrindən toplanılan qədim xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb.

Hər bir sənət növündə olduğu kimi, xalçaçılığın da əsrlərdən bəri qorunub-saxlanmasında, bu günümüzə gəlib çıxmasında əsas rolu bu sahə ilə məşğul olan sənətkarlar oynayıblar. Bu gün də qədim el sənətimizin yaşadılmasında, nəsildən-nəslə ötürülməsində, onun bütün dünyaya tanıdılmasında sənətkarlarımızın rolu danılmazdır.

Qeyd edək ki,“Azərxalça”nın Quba filialında bu günə kimi 682 kvadratrmetr, 200 ədəd xalça toxunub.Filiallda 150 toxucu və 14 inzibati-təsərrüfat işçisinin fəaliyyəti üçün müasir iş şəraiti yaradılıb. Xalça istehsalı emalatxanası zəruri xammal və ləvazimatlarla təmin edilib.

Emin Vaqifoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun