20 yaşlı Sevilin özünü binadan atması ilə bağlı prokurorluq hərəkətə keçdi

  • Space TV
  • 22 Fevral 2021 17:36

Bakıda 20 yaşlı Sevil Atakişiyevanın intihar etməsi faktı ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Spacetv.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, S.Atakişiyevanın fevralın 21-də saat 20 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən yeni inşa edilən binanın 20-ci mərtəbəsindən özünü ataraq intihar etməsi faktı üzrə toplanan materiallar əsasında Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

“Hazırda iş üzrə intensiv istintaq əməliyyat tədbirlərinin həyata keçirilir”.

Paylaş

 Xəbəriniz olsun