“20 YANVAR”la bağlı az bilinən fakt

  • SpaceTV
  • 21 Yanvar 2020 14:07

Həmin günlərdə bu qanlı qətliamın dünya ölkələrinə çatdırılması böyük önəm kəsb edirdi. Yanvarın o qarlı-şaxtalı və qanlı günlərində Xəzər dənizində gəmilərin davamlı və fasiləsiz olaraq siqnallar verərək həyəcan təbili çalib .

20 yanvar tarixi azadlıq mübarizəmizin şanlı səhifələrindən biri kimi heç vaxt xalqımızın yaddaşından silinməyəcək.  Hər zaman bu tarixi və şəhidlərimizi dərin hüzn və minnətdarlıqla anacağıq.  Uşaqdan böyüyə hər kəs bu hadisələrdən məlumatlıdır. Hadisəni törədənlər  Azərbaycan televiziyasının enerji blokunu partlatmaqla Azərbaycanda baş verənləri bütün dünyadan gizlətməyə çalışdılar. Lakin bu cəhd alınmadı. Qanlı 20 yanvar günündən cəmi bir gün sonra həmin an  dənizdə olan dənizçilərimiz  iş birliyi qurublar. 7 gəmi kapitanımız birləşərək “Sabit Orucov” adlı sərnişin gəmisini qərargah edib və “Kapitanlar şurası” yaradıblar. Bir mətn hazırlanır və SOS siqnalı ilə bütün dünyaya burda bir qırğın baş verdiyi çatdırılır. Beləliklə qısa zamanda artıq bütün dünya hər şeyi öyrənir.  

Bu misilsiz xidmətləri biz başda 7 kapitan – Mövlüd Əliyev, Müzəffər Əliyev, Murad Əliyev, Kərəm Məmmədov, Kişi Mütəllimov, Ağalar İbrahimov, İbrahim Salayev olmaqla həmin vaxt dənizdə olan bütün dənizçilərimizə borcluyuq. Veteran kapitan Kərəm Məmmədov deyir ki, həmin günləri sanki dünən yaşamışam kimi xatırlayıram

 Təxminən 120 gəmi sahilə yaxınlaşır  və bu zaman  sovet hərbi  donanması  onlardan getmələrini tələb ediblər. Sovet qoşunları şəhidlərimizin meyitlərini dənizə atmaq niyyətində olublar. Ümumilikdə 120 gəmimiz SSRİ donanması qarşısında dayanır və “Şəhidlərin meyitlərini bizim cəsədimizin üzərindən keçərək dənizə ata bilərsiniz” ultimatumunu verir və Şəhidlərimizin cəsədlərinin dənizə tökülməsinin qarşısını alır.

Müsahibim deyir ki, o zamankı SSR donanmasının admiralı Sidorov  bir neçə dəfə gəmi kapitanları ilə görüşüb onlara hədə-qorxu gələrək Bakı buxtasını tərk etmələrini tələb edib. Lakin əzmkar dənizçilər əlbətdə ki, bu tələbə ciddi yanaşmayıb mübarizəyə davam ediblər. Dənizçilərimizin əzmkarlığını görən sovet hərbi gəmiləri ərazidən uzaqlaşdırılması üçün hiyləyə əl atıb yalan danışsalar da faydası olmayıb.

Sovet hərbi  donanması dediyini edir.  Gəmilərimizi gülləbaran edirlər. Hətta 3600dən çox güllə dəyən bir gəmimiz də olur.  1 gün sonra isə müasir silahlarla təhciz olunan sovet donanması dənizçilərimizi ələ keçirir və qanunsuz həbslərə bvaşlayır. Həbsdə olarkən müxtəlif işgəncələrə məruz qalan soydaşlarımız 30 gün sonra sərbəst buraxılır və şəhidlərimizin 40 mərasimində iştirak edə bilirlər.

Orxan Şükür SPACE TV

Paylaş

 Xəbəriniz olsun