“20 yanvar”da avtomobil piyadanı, Binəqədidə motosikleti vurdu: yaralılar var

  • SpaceTV
  • 31 Oktyabr 2019 11:42

Bakıda iki yol nəqliyyat hadisəsi baş verib.  

SPACE TV  xəbər verir ki, hadisələrdən biri Yasamal rayonunda qeydə alınıb.   

Metronun “20 Yanvar” stansiyasının yaxınlığında, 1 saylı Vərəm Dispanserinin qarşısında minik avtomobili yolu keçmək istəyən 1970-ci il təvəllüdlü Məmmədov Mahir Tahir oğlunu vurub.  

Yaralı xəstəxanaya yerləşdirilib.   

Ona sağ baldır sümüyünün sınığı diaqnozu qoyulub.   

Digər hadisə isə Binəqədi rayonunda olub.  

İki nəqliyyat vasitəsinin toqquşması nəticəsində 1 nəfər xəsarət alıb.   

“Elite” ticarət mərkəzinin yaxınlığında 99-TB-180 dövlət nömrə nişanlı “Renault” markalı minik avtomobili ilə motosikletin toqquşması nəticəsində 2003-cü il təvəllüdlü Əsədov Cavidan İlham oğlu xəsarət alıb.   

Yaralı xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.   

Faktla bağlı araşdırma aparılır.   

Paylaş

 Xəbəriniz olsun