20 yanvar şəhidləri unudulmayacaq

  • SpaceTV
  • 20 Yanvar 2020 16:39

Azərbaycan tarxinin şanlı səhifəsində onların öz yeri, öz adı var. Bunu onlar özləri yazdılar. Cəsarəti, hünəri  və qəhrəmanlıqları ilə. Göstərdilər ki, azadlıq verilmir, alınır.   Qan, can, və əzm  bahasına.  20 yanvar şəhidləridi onlar. Şahidlərsə  o, qəhrəmanlığı  heç  vaxt unutmur, unutmayacaq da.  . Bu terrorun 30-cu il dönümü ilə bağlı  balacadan böyüyə hər kəs bu gün onları anmaqdadı

Anım  mərasimi  Metropalitenin  20  yanvar  stansiyasında da keçirildi.Metropalitenin  platforması  qərənfillərlə bəzədilib., kampazisiyanın hər  iki  başında  Bakı metrosunun loqotipindən ayulduz və buta elementlerindən istifadə edilib.

Bakı  metropaliteninin rəhbərlik və əməkdaşları da   anım mərasiminə qatıldılar. Vətən uğrunda canından keçənləri xatırladılar, şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad etdilər.

Bakı bu gün hüznlü anlar yaşadı.    saat 12 tamamda  bütün  ölkə ərazisində 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu, gəmilərdən, avtomobillərdən və qatarlardan siqnallar verildi.Bu siqanala həm də müstəqil azərbaycanın uğrunda canından keçənlərin heç vaxt unudulmayacağının bütün dünyaya bəyanıydı. Unutmuruq, unutdurmuruq deyildi bu gün və bu  and əbədi olacaq .

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun