Azərbaycanın ərazi bütövlüyü suverenliyi uğrunda canından qanından keçmiş şəhidləri ziyarətə gələnlər içərisində dünya şöhrətli fotoqram Reza Deqatidə var idi.20 yanvar faciəsinin baş verdiyi gün Fransadan Azərbaycana gələn fotoqraf 1990-ci il 20 yanvar hadisələrinin canlı şahidlərindən biridir.Məhz, onun çəkdiyi fotolar Fransa və digər ölkələrdə yayıldıqdan sonra dünya ictimaiyyəti sovet imperiyasının Azərbaycanda törətdiyi qanlı faciədən xəbər tutub
Faciə zamanı lentə aldığı görüntüləri gizli yolla Azərbaycandan Moskvaya,ordan da Fransaya aparan Rza Deqati deyir ki,onun çəkdiyi şəkillər dünya mətbuatında tirajlanan kimi ruslar,Azərbaycanda 131 nəfərin öldürüldüyü 744 nəfərin isə yaralandığı faciəni Azərbaycan və erməni xalqları arasında yaşanan növbəti münaqişə kimi təqdim etməyə başladılar.
Məhşur fotoqraf təkcə 20 yanvar hadisələrini lentə almayıb,1992-ci ildə xocalı faciəsini,2-ci Qarabağ müharibəsində ermənilər tərəfindən Gəncədə, Bərdədə törədilmiş terror hadisələrini çəkərək həqiqətlərimizi dünya ictimaiyyətinə çatdırmaqla Azərbaycana yardımçı olub
31 il öncə Sovet ordusunun Azərbaycanda törətdiyi 20 yanvar faciəsini dünyadan gizlətməyə çalışan Qarbaçovun bu çirkin əməlləri fotolar, rəsmlər vasitəsi ilə dünya tarixinə yazıldı. Başındakı xal kimi heç vaxt da silinməyəcək…