20 yanvar faciəsində həlak olanlardan 4 nəfəri Qubadan olub.

  • SpaceTV
  • 20 Yanvar 2020 16:57

20 yanvar faciəsində həlak olanlardan 4 nəfəri Qubadan olub. Həmçinin torpaqlarımızın toxunulmazlığı uğrunda erməni qəsibkarlarına qarşı döyüşlərdə yüzlərlə Quba sakini də canından keçərək şəhid olub.Bu gün onların uyuduğu şəhidlər xiyabanı müqəddəs ziyarətgaha çevrilib.

Qubadakı şəhidlər xiyabanında həmçinin azadlığımız və suverenliyimiz uğrunda canından keçən şəhidlərimizin xatirəsini abidə kompleksi də yaradılıb.Şəhidlər xiyabanını ziyarət edən rayon əhalisi abidə kompleksinin qarşısına da tər çiçəklər düzüblər.

Qubadan olan 20 yanvar şəhidi Raqib Hüseynovun Quba şəhər qəbristanlığındakı məzarı da ziyarət olunub.Rayon ərazisində avtomobillərin hərəkəti bir dəqiqəlik dayandırılaraq şəhidlərin xatirəsi anılıb.

EminVaqifoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun