20 yanvar azadlığa gedən yol

  • SpaceTV
  • 20 Yanvar 2020 16:34

1990-ci il  20 yanvar. Bu tarix hər bir azərbaycanlının yaddaşına  qanlı  qırğın kimi  yazılsa da , həm də qəhrəmanlıq salnamasinin olduğu faktı da danılmazdı. 19 dan 20 nə keçən gecə  hər kəs bir mətləbi anladı. Anladı ki, azadlıq verilmir, alınır. Özüdə sözlə deyil, qan və qadayala.O, gecə can verən bu həqiti anlatdılar  xalqımıza.

İllər ötüdükcə, hadislərə uzaqdan baxdıqca   şahidlər danışdıqca çox mətləblər aydınlaşır, qaranlıq məqamlara işıq düşür. 20 yanvar faciəsində Bakı metropalitenində 2 əməkdaşı şəhid oldu

Qanli  Yanvar ın   canlı  şahidlərindəndi Cahid Həsənov və metropalitenin digər əməkdaşı Vilayət Əsəgərov .Ayın 19-dan 20-sinə  keçən gecə 11-ci qızıl ordunun Biləcəridən paytaxtda daxil olduğunu  həyatlarının ən ağrılı günü kimi  xatırlayırlar.

Xatirələr acı da olsa unudulmur deyir Cahil müəllim. Hətta deyir ki, metronun   işləməsi üçün o gecə çox çalışıb yağılar, məqsədləri isə o olub ki,  vətəndaşlar ordunun qarşsına çıxmasın.  Ancaq bütün qatarlar indiki  20 yanvar  stansiyasına kimi gəlib dayanır və əhali metronun girişlərində barrikadalar qurmağa başlamışdı.

Əgər metro fəaliyyəti dayandırsaydı bəlkədə  itki  daha da  çox ola bilərdi.Çünki rus ordusu həmin gecə metroya daxil olmağa cürət etmədi.. Bu ifadələrdə  Cahil Həsənovdandır

Bu tarix unudulmayacaq. Bu qan yaddandan cıxmayacaq. Hər yerdə, hər yanda 20 yanvar şəhidlərinin izi, səsi, nəfəsi görünəcək . 20 yanvar metrostansiyasını eşidən və o istiqamətdən keçən hər kəsdə məhz bu günün qəhərmanlarını  şükranlıqla anacaq və ruhuna dualar oxuyacaqlar.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun