20 ildir ki, başında 30 mismar və iynə ilə yaşayır

  • SpaceTV
  • 14 Noyabr 2019 17:21

Türkiyənin Şanlıurfa bölgəsində yaşayan 43 yaşlı dərzi Abdulkadir Özeren 20 il əvvəl gecə işdən çıxdıqdan sonra evinə getdiyi zaman iddiaya görə kimliyi bilinməyən şəxslər tərəfindən başına mismarlı zəncirlə vurularaq yaralanıb.

SPACE TV  Türkiyə mediasına istinadla bildirir ki, başına aldığı zərbələrlə yerə yıxılan Özeren xəstəxanaya yerləşdirilib və müalicə olunub. Təxminən 1 həftə sonra başında yaranan şişlər səbəbilə yenidən xəstəxanaya müraciət edib. Rentgen filmi çəkdirən Özeren kəllə sümüyündə 30 ədəd mismar və toplu iynəyə bənzər metal maddəllərin olduğu müəyyən olunub.

Tək yaşayan Özeren təxminən 15 dəfə öz imkanları ilə əməliyyat olunub. Tamamilə sağlamlığına qovuşmaq istəyən adam yardımsevər şəxslərdən kömək istəyib.

Paylaş

 Xəbəriniz olsun