2 Uşaq anası canına qəsd edib – VİDEO

  • SpaceTV
  • 22 Oktyabr 2019 17:38

Ağsuda intihar hadisəsi baş verib. Hadisə rayonun Bənəcik kəndində qeydə alınıb. Nəmirli kənd sakini, 1987-ci il təvəllüdlü Süleymanova Zümrüd Yadigar qızı işlədiyi mal-qara fermasında özünü kəndirlə asaraq, intihar edib. Məlumata görə, iki dəfə ailə həyatı quran və 2 uşaq anası olan Zümrüd Süleymanova sonuncu həyat yoldaşından ayrıldığı üçün özünə qəsd edib. Onun valideynləri və yaxın qohumları tərəfindən tərk edildiyi bildirilir. Faktla bağlı Ağsu Rayon Prokurorluğunda araşdırma aparılır.

Vahid Fəxri SPACE TV

Paylaş

 Xəbəriniz olsun