2 saylı Sumqayıt Şəhər Xəstəxanası yenidən tikiləcək

  • Space TV
  • 7 Noyabr 2019 10:54

2 saylı Sumqayıt Şəhər Xəstəxanası yenidən tikiləcək.

SPACE TV-in məlumata görə, artıq xəstəxananın tikintisi üzrə tender elan edilib.

Tender təklifləri dekabrın 16-dək tender komissiyasına təqdim edilməlidir.

İddiaçıların təklif zərfləri dekabrın 17-də açılacaq.

Qeyd edək ki, 2 saylı Sumqayıt Şəhər Xəstəxanası çox profilli xüsusi ixtisaslaşdırılmış tibbi yardım müəssisəsidir. Xəstəxana 1992-ci ildə istifadəyə verilib.

Paylaş

 Xəbəriniz olsun