Bu dəfə qanlı olay, paytaxtın Nəsimi rayonunda yaşanıb. Hadisə gecə saatlarında, 1-ci mikrorayon ərazisində qeydə alınıb. Hələlik adı məlum olmayan şəxs, əvvəlcə 2 qardaş olan 38 yaşlı Etibar Tahirovu , daha sonra isə Cavid Tahirovu bıçaqlayıb. Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin, 19-cu Polis Bölməsinin əməliyyat qrupu cəlb olunub.
Bədənlərinin bir neçə nayihəsindən dərin bıçaq yaralaları alan şəxsləri polis əməkdaşları, dərhal 1 saylı şəhər kliniki xəstəxanasına çatdırıb. Yaralıların üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra, qardaşlar Reanimasiya şöbəsinə yerləşdirlib. Xəstələrin vəziyyəti orta-ağır qiymətləndirilir.
Araşdırmalar zamanı məlum olub ki, hadisəyə səbəb avtomobilin satan şəxslə, müştəri arasıda mübahisəsi olub. Zərərçəkmişin ilkin izahatına görə o, pulu gecikdirib. Hadisəni törədən şəxs zərərsizləşdirilərək saxlanılıb. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Nurlan Piriyev Space