2 ölkə prezidentləri görüşəcək

  • SpaceTV
  • 24 Avqust 2019 15:21

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 27-də Rusiyaya səfər etməyi planlaşdırır. Ərdoğanın mətbuat katibinin verdiyi məlumata görə, Türkiyə prezidentinin Rusiyaya bir günlük səfəri nəzərdə tutulub.

 Prezident Ərdoğan, ötən  gün Rusiyalı həmkarı ilə telefonla  danışıb. Türkiyə prezidenti rejimin İdlibdəki hücumları Suriya probleminin həlli istiqamətində səyləri zəiflədir  mesajını Vladimir Putinə telefonla çatdırıb. Atəşkəs və hücumların pozulmasının böyük bir humanitar böhrana səbəb olduğunu qeyd edən Ərdoğan  hücumların Türkiyənin milli təhlükəsizliyinə də ciddi bir təhdid meydana gətirdiyini vurğulayıb.  Rəcəb Tayyib Ərdoğanın  yaxın günlərdə ABŞ prezidenti Trump ilə də telefonla daçışacağı gözlənilir.

Paylaş

 Xəbəriniz olsun