2 nəfər bıçaqlanıb

  • SpaceTV
  • 22 Avqust 2019 14:59

Space TV Paytaxtın Xəzər rayonunda 17 yaşlı oğlan bıçaqlanaraq ağır xəsarət alıb.  Hadisə Binə qəsəbəsi, Südçülük sovxozunda qeydə alınıb. Digər bir bıçaqlanma hadisəsi isə Sabunçu rayonunda  baş verib.

17 yaşlı Azər Quliyev naməlum şəxslər tərəfindən bıçaqlanıb.  O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Xəsarət alana döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Həkimlər tərəfindən onun vəziyyətinin orta-ağır olduğu  bildirilir. 

Gecə saatlarında daha bir bıçaqlanma hadisəsi paytaxtın Sabunçu rayonunda baş verib. Bakıxanov qəsəbəsində 21 yaşlı Rahib Vəliyev naməlum şəraitdə bıçaq xəsarətləri alıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Vəziyyətinin orta-ağır olduğu bildirilir. Hər iki Faktla bağlı araşdırma aparılır.

Nurlan Priyev Space

Paylaş

 Xəbəriniz olsun