2 min 100 illik qızıl tabut Misirə qaytarıldı

  • SpaceTV
  • 2 Oktyabr 2019 17:15

2 min 100 illik antik tabut Misirdə sərgiyə çıxarılıb.

SPACE TV xarici mediaya istinadən xəbər verir ki, tabut paytaxt Qahirədə, Misir Beynəlxalq Muzeyində sərgilənib. Antik Misir tanrılarından Xerişefin yüksək rütbəli rahibinə aid olan bu tabut ziyarətçilərin böyük marağına səbəb olub. Təxminən 2 metr uzunluğunda olan antik tabutun gələn il Böyük Misir Muzeyində də sərgilənəcəyi bildirilib.

Qeyd edək ki, Misirdəki 2011-ci il çevrilişindən sonra oğurlanan və Birləşmiş Ərəb Əmirliklərinə qaçırılan tarixi əsər Almaniyaya aparılmışdı. Daha sonra tabut Parisli bir şəxs tərəfindən 2017-ci ildə Fransada bir muzeyə satılmışdı. Bundan sonra ABŞ-ın Nyu-York şəhərindəki Metropalitano Sənət Muzeyinə gətirilən tabut Misir dövlətinin məhkəməyə baş vurmasından sonra ötən günlərdə ölkəyə qaytarılmışdı.

Paylaş

 Xəbəriniz olsun