2 Gənc soyunub insanları bıçaqla qorxutdu – VİDEO

  • Space TV
  • 16 Dekabr 2019 11:23

Belə səhnələr görmüşük, amma daha çox filmlərdə. bəzi hallarda isə xarici xəbərləri izləyərkən  bu tip səhnələrlə rastlaşırıq.  Bu kadrlar isə hansısa məhşur filmdən deyil. Nə də başqa ölkədən.  Görüntülər paytaxt Bakıdandır.

Hadisə şəhərin mərkəzində, Nizami küçəsində qeydə alınıb. 2 gənc soyuq olmasına baxmayaraq geyimlərini soyunaraq əllərində bıçaqla özlərinə xəsarət yetiriblər.  Hadisəyə müdaxilə etmək istəyən polislər yaxınlaşdıqca gənclər əllərindəki bıcağı göstərərək polislərin uzaq durmasını  tələb ediblər.

Hətta ətrafdakıları təhqir etməkdən belə çəkinməyiblər.

Bir neçə dəqiqəlik xəbərdarlıqdan sonra polis hər iki xuliqanı saxlayıb və asayiş bərpa olub.

Bildirilib ki, gənclər bu hadisədən öncə marketlərin birindən  oğurluğa cəhd edib. Bunun qarşısı marketin işçiləri tərəfindən alınarkən onlar bıçaqla hədə-qorxu gələrək hadisə yerini tərk ediblər.

Saxlanılan şəxslər polisə verdikləri ifadələrində etdiklərini etiraf ediblər.

Faktla bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq buna hüquqi qiymət veriləcək.  Hüquqşünaslar bildirir ki, belə əməllərdə əgər silah və silah qismində işlədilə bilən başqa əşyalardan istifadə edilməklə hansısa əmlaka və ya şəxsin sağlamlığına zərər vurulursa bu zaman hadisə cinayət tərkibi yaradır.

Görünür ki, bu insanların psixoloji vəziyyətləri də yerində deyil. Psixiatrlar bildirir ki, onların belə hərəkətlər sərgiləməsinin bir neçə səbəbi ola bilər .

Ümumiyyətlə cəmiyyətin etibarlılığı üçün düzgün davranış nümayiş etdirməyən insanların  belə olma səbəblərini öyrənib yenidən cəmiyyətə adaptasiya edilməsi mühüm məsələdir ki, sonra belə cinayətlər ortaya çıxmasın

Ümid edirik ki, bu hadisəni törədənlər layiqli cəzalarını alacaqlar, və bu, başqalarına dərs olacaq

Orxan Şükür  SPACE TV

Paylaş

 Xəbəriniz olsun