2 fevral “Ümumdünya Su-Bataqlıq günü”dür.

  • Space TV
  • 1 Fevral 2020 15:02

İlk olaraq milli parkda xüsusi mühafizə olunan təbiət ərazilərinin əhəmiyyəti, nadir quş növlərinin mühafizəsi və quşların müşahidəsi turizminin inkişafı ilə bağlı elmi seminar keçirilib. Sonra iştirakçılar “Turac” və “Bala dəniz” marşrutlarında quşları müşahidə edib, parkda yaradılmış “Turizm İnformasiya Mərkəzi” ilə tanış olublar. Bildiyimiz kimi, ölkəmiz köçəri quşların miqrasiya marşrutu üzərində yerləşir. Bu aksiyanın keçirilməsində məqsəd də nadir və nəsli kəsilmək təhlükəsində olan quş növlərinin vəziyyətinin öyrənilməsi və təbii varlıqların qorunmasının vacibliyinə diqqət çəkmək olub. Bunun üçün “Quşlarımızı qoruyaq” devizi altında İDEA İctimai Birliyinin, Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Təşkilatının, Azərbaycan Ornitoloji Cəmiyyətinin nümayəndələri milli parkda bir araya gəlib.

Azərbaycanın Ağgöl, Böyük və Kiçik Qızılağac körfəzləri mühüm su-bataqlıq əraziləri kimi 2001-ci ildən Konvensiyanın “Ramsar Siyahısı”na daxil edilib. Ölkəmizdə ümumi sahəsi 200 min hektardan artıq olan su-bataqlıq əraziləri var və həmin ərazilərə qışlama, köç mövsümündə 100 minlərlə müxtəlif quş toplanır.

Rövşən Almasoğlu  SPACE TV

Paylaş

 Xəbəriniz olsun