2-ci dalğanın yaşanması üçün mübarizəyə davam

  • SpaceTV
  • 30 Aprel 2020 15:01

Bu gün paytaxt  koronavirus pandemiyasından əvvəlki vaxtı xatrlatdı bizə. İnsanlar heç nə olmamış kimi rahat və heç bir qaydaya riayət etmədən hərəkət edirlər.

Çox az da olsa maskadan istifadə edənlərə rast gəldik.

Fəaliyyəti bərpa edilən sahələrdən biri də geyim mağazalarıdır ki, burda da insanların heç bir təhlükəsizlik tədbirinə əməl etməmələrinin şahidi olduq.

Maskadan istifadə və sosial məsafə bir tərəfə, belə bir vaxtda geyim mağazalarında eyni paltara minlərlə əlin dəyməsi nə dərəcədə düzgündür? 

Əgər bu insanlardan biri özləri də bilmədən COVİD-19 daşıyıcısı olsalar o zaman vəziyyətin nə yerə gələcəyin təsəvvür etmək çətin olmaz.

Bir səhv yüzlərlə yeni  yoluxma halına yol aça bilər ki, bu da ikinci dalğanın həqiqətən də əvvəlkindən daha təhlükəli ola biləcəyi ehtimalını yaradır. Bəs bunun olmaması üçün nə etməliyik?

Bir daha qeyd edək ki karantin rejiminin yumşaldılması hələ koronavirus bəlası üzərində qələbə qazanıldığını göstərmir. Bu qələbə üçün isə hər kəsdən mövcud vəziyyətə uyğun davranması tələb olunur.

Orxan Şükür  SPACE TV

Paylaş

 Xəbəriniz olsun