2 Əsrin yadigarı olan piano

  • SpaceTV
  • 17 Avqust 2019 12:37

Space.TV xəbər verir ki, Ağstafa sakini  şəxsi istifadəsində  200- ə yaxın yaşı olan antik piano  saxlayır .

54 yaşlı  Zaur Qulyev  deyir ki,  bir  nəfər dostu  tərəfindən ona  hədiyyə edilən  bu  piano  onun evinə  gələn hər kəsi  təccübləndirir.

Tam olaraq istifadəyə  yaralı olan   qədim musiqi alərinin  naxışları  əl işləmələridir . 19 cu əsrin ortalarında  istehsal olunan  bu  alət  Almaniyanın Berlin şəhərində  Ces  Lev  Daysonun  yaratdığı   fabrikdə istehsal olunub .   Alətin üzərində onun istehsal tarixi  mühür  şəklində  acıq aydın yazılıb . İstehsalcı şirkətin sahibinin ölüm tarixi ilə   götürdükdə   orta hesabla  pianionun  yaşı 180 -ı ötür. 

Özünün həvəsgar olduğunu  deyən  antik əşya   sahibi   hərdən    ifa etdiyini  və  bundan zövq aldığınıda deyir.

Bu günə  qədər də  saz  vəziyyətdə olan  bu musiqi  alərini  dəfələrlə   alamq istəsələrdə  sahibi  satmayıb.  

Bu gün bu  musiqi  aləti  antik olmağı ilə yanaşı   həmdə   istifadə olunaraq  ölkəmizdə barmaqla  sayılacaq  dərəcədə   var .  Zaur Quliyev  deyir   musiqi alətini  göz  bəbəyi kimi  qoruyub  saxlayır. Amma  gələcəkdə    yenidən  alətin satışını  təklif  etsələr  o halda  dəyərləndirəcək . Məlumat ücün qeyd edim ki  19- cü əsrin əvvəllərində  sürətlə istehsal  olunan bu alətin   tarixi 1955-ci ildə sona çatdı.

Hətta bu gün, xüsusən də özəl mülkiyyətdə çox sayda alət qorunur, Nürnberqdəki Alman Milli Muzeyində də  onların bir  nüsxəsi qorunub saxlanılır  .

Vasif Vaqifoğlu  Space  Ağstafa  

Paylaş

 Xəbəriniz olsun