1995-ci ildən deputatdır – İlk iclası o aparacaq

  • Space TV
  • 10 Fevral 2020 12:49

Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyası ilkin nəticələri açıqlayıb.

SPACE TV-ın məlumatına görə, 116 saylı Qəbələ seçki dairəsindən Fəttah Heydərov deputat seçilib.

O, deputat seçilənlər arasında ən yaşlısıdır. F.Heydərov 1938-ci ildə anadan olub (bu ilin fevralın 23-də onun 82 yaşı olacaq).

F.Heydərov 1995-ci ildən deputatdır.

F.Heydərov yeni çağırış Milli Məclisin ilk iclasını aparacaq.

Yeni çağırış Milli Məclisin ilk iclasının keçirilmə qaydası parlamentin Daxili Nizamnaməsi ilə tənzimlənir.

Nizamnamənin 2-ci maddəsində yazılıb ki, qanunverici orqanın növbəti çağırışının birinci iclasını Milli Məclisin ən qocaman deputatı açır.

Ən qocaman deputat Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyur və parlamentin sədri seçilənədək birinci iclası aparır.(oxu.az)

Paylaş

 Xəbəriniz olsun