190 manatlıq müavinətlərin verilməsinə başlanıldı

  • Space TV
  • 21 Avqust 2020 17:11

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayon üzrə birdəfəlik ödəmə (190 manat) almaq hüququ yaranan şəxslərə bu gündən etibarən vəsaitlərin verilməsinə başlanılıb.

“Spacetv.az” saytı xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.

Onun sözlərinə görə, vəsait vətəndaşların may ayında birdəfəlik ödəməni almaq üçün banklar tərəfindən verilmiş bank kartlarına köçürülür: “Ödəmənin verilməsinin sabah gün ərzində tam olaraq yekunlaşdırılması planlaşdırılır. Qeyd edim ki, birdəfəlik ödəmə aprel-may ayları üzrə 190 manat almaq üçün onlayn müraciət edərkən qeyd etdiyi faktiki yaşayış ünvanı Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərinə və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarından olan 278 min işsiz və xüsusi karantin rejimində işini itirən qeyri-formal çalışan aztəminatlı şəxsi əhatə edir. Bu artıq 4-cü ödəmədir. Bu məqsədlə ümumilikdə 333 milyon manat vəsait sərf olunub”.

Bundan başqa  Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı saytımıza bildirdi ki, ödənişlərin verilməsini banklar tənzimləyir.

“Biz 190 manat      birdəfəlik ödəmə (190 manat) almaq hüququ yaranan şəxslərin siyahsını banklara göndəririk. Burada hansı rayonlar və şəxslərin daha öncə alması prosesini banklar tənzimləyir”.

Əbülfət Baxşəliyev, spacetv.az

Paylaş

 Xəbəriniz olsun