190 Manatın narahatlığı

  • Space TV
  • 24 Aprel 2020 14:35

ƏVVƏLCƏ ONU DEYƏK Kİ, 190 MANATI ALMAQ ÜÇÜN MÜRACİƏT EDİLƏN E-SOSİAL AZ PORTALI AZƏRBAYCAN VƏTƏNDAŞLARININ BU ARALAR ƏN ÇOX DAXİL OLDUĞU 5 SAYTDAN BİRİDİR. NAZİRLİYİN YAYDIĞI İNFORMASİYALARA BAXSAQ, 190 MANATA EHTİYACI OLANLARIN – 600 MİN VƏTƏNDAŞIN YARISINDAN ÇOXU DÖVLƏTİN YARDIMINI ƏLDƏ EDİB. BƏS SOSİAL ŞƏBƏKƏLƏRDƏ  NARAZILIQ DOLU STATUSLAR, YAXUD KİV-Ə DAXİL OLAN ŞİKAYƏTÇİ ZƏNGLƏRİNİN MƏZMUNU HÖKUMƏTİN AYIRDIĞI MƏBLƏĞİN İNSANLAR ÜÇÜN ƏLÇATMAZLIĞINDAN XƏBƏR VERMİRMİ?  BƏZİLƏRİ QEYDİYYATDAN KEÇSƏ DƏ HEÇ BİR BİLDİRİŞ ALMADIĞINI, AZERPOÇTDA FİN KODUNU AXTARIŞA VERDİYİ ZAMAN NƏTİCƏSİZ QALDIĞINI  İDDİA EDİRLƏR Kİ, BU DA ONLARIN MÜRACİƏTİNƏ HƏLƏ BAXILMADIĞI ANLAMINA GƏLİR. DİGƏRLƏRİNİN GİLEY-GÜZARI EYNİ SUALLARLA 142 QAYNAR XƏTTİNƏ ZƏNGLƏRİNİN CAVABSIZ QALMASIDIR. AMMA ONU DA DEYƏK Kİ, OPERATORLAR  VƏTƏNDAŞLARIN SUALLARINI GÜN ƏRZİNDƏ CAVABLANDIRIR, SADƏCƏ XƏTT MƏŞĞUL OLAN TƏQDİRDƏ  BİR AZ SƏBRLİ OLMAQ LAZIMDIR. HƏM DƏ NƏZƏRƏ ALAQ Kİ, APRELİN 1-DƏN BU GÜNƏ 142 QAYNAR XƏTTİNƏ 120 MİNDƏN ÇOX ZƏNG DAXİL OLUB. ƏN ÇOX SUAL VƏ ŞİKAYƏT VÖEN- İ OLANLARIN BİRDƏFƏLİK ÖDƏMƏ ALMASI İLƏ  BAĞLIDIR.

ONU DA DEYƏK Kİ,  BƏZİLƏRİ SORUŞUR Kİ,  NİYƏ VAXTİLƏ ADIMIZA AÇILAN VƏ SONRADAN DONDURULMUŞ VÖENÜN AKTİV OLDUĞU MEYDANA ÇIXIR? HALBUKİ HƏMİN ADAMLAR HAZIRDA SAHİBKARLIQ FƏALİYYƏTİ İLƏ  MƏŞĞUL DEYİLLƏR. EKSPERTLƏRİN  FİKRİNCƏ YARANAN PROBLEMLƏRİN ÇOXU BU SFERADA MAARİFLƏNDİRMƏNİN ZƏİF OLMASI İLƏ BAĞLIDIR.

MÜXTƏLİF TƏQAÜD ALANLARA GƏLİNCƏ, ONLAR BİLMƏLİDİLƏR Kİ,  SOSIAL ÖDƏNIŞ, ÜNVANLI SOSIAL YARDIM, PENSIYA, TƏQAÜD, MÜAVINƏT VƏ S. ALAN ŞƏXSLƏR VƏ ONLARIN AILƏ ÜZVLƏRI PANDEMIYA DÖVRÜNDƏ 190 MANAT MƏBLƏĞINDƏ BIRDƏFƏLIK YARDIMI ALA BILMƏZLƏR. NƏ VAXTSA İŞSİZ KİMİ QEYDİYYATDAN KEÇƏNLƏR ÇALIŞMIRLARSA,  BİRDƏFƏLİK YARDIMDAN FAYDALANMAQ MÜMKÜNDÜR.  KARANTİN REJİMİNƏ GÖRƏ İŞLƏRİNİ İTİRƏNLƏR AÇILACAQ YENİ İŞ YERLƏRİNDƏN FAYDALANA BİLƏRLƏR, HƏMÇİNİN BİRDƏFƏLİK ÖDƏMƏ İLƏ BAĞLI QEYDİYYATDAN KEÇMƏK ŞANSLARI VAR. TİCARƏT MƏRKƏZLƏRİNİN BAĞLANMASINA GÖRƏ İŞSİZ QALANLAR İSƏ VERGİDƏN YAYINMAYIBLARSA VƏ SƏNƏDLƏRİ QAYDASINDADIRSA YARDIMDAN YARARLANA BİLƏCƏKLƏR. ƏLBƏTTƏ MOBİL TELEFONLARINA SMS GƏLMƏYƏN İNSANLARDAKI NARAHATLIQ  NİSBƏTƏN ANLAŞILANDIR. ÇÜNKİ ONLAR DÜŞÜNÜR Kİ, APREL  BİTMƏK ÜZRƏDİR VƏ QEYDİYYATA DÜŞMƏKLƏRİ MAY  AYININ SONUNA QALARSA NECƏ OLACAQ? MÜTƏXƏSSİSLƏRİN BU BARƏDƏ YƏQİNİ ONDAN İBARƏTDİR Kİ, “ BU HALDA BÖYÜK EHTİMAL HƏR İKİ AYIN YARDIMI BİRDƏFƏLİK ÖDƏNƏR”. DÜZÜ İNSANLAR POÇT MƏNTƏQƏLƏRİNDƏ YARANA BİLƏCƏK NÖVBƏDƏN, VAXT İTKİSİNDƏN DƏ QORXURLAR. BU İSƏ TƏTBİQ OLUNAN CƏRİMƏLƏRLƏ BAĞLIDIR. BELƏ Kİ, YARDIMI ALANADƏK VƏTƏNDAŞLARA VERİLƏN VAXT TAMAMLANARSA ONLAR YÜZ MANAT CƏRİMƏLƏNƏCƏKLƏRİNDƏN ÇƏKİNİRLƏR Kİ, CİBLƏRİNDƏ 90-CA MANATLA GERİ DÖNMƏSİNLƏR.

ANAR RƏHİMOV SPACE TV

Paylaş

 Xəbəriniz olsun