1861 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib

  • SpaceTV
  • 22 Yanvar 2020 11:28

2019-cu ilin yanvar-noyabr aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1861 nəfər gələn, Azərbaycandan isə 1511 nəfər gedən qeydə alınıb.

Bu barədə SPACE TV-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, bununla da miqrasiya saldosu müsbət 350 nəfər təşkil edib.

Paylaş

 Xəbəriniz olsun