18 yaşlı qızı döyüb yol kənarına atdılar

  • SpaceTV
  • 8 Oktyabr 2019 16:19

Səhər saatlarında Beyləqan-Kəbirli avtomobil yolunun sağ hissəsində rayon sakinlərindən bir nəfər 17-18 yaşlarında qadını huşsuz vəziyyətdə aşkar edib. Hüquq-mühafizə orqanları əməkdaşları dərhal hadisə yerinə gəlib. Araşdırmalar zamanı həmin qadının Beyləqan rayonu, Yuxarı Aran kənd sakini, 2001-ci il təvəllüdlü Quliyeva Aygün Mehman qızı olduğu müəyyən edilib. Qadında qapalı kəllə-beyin travması, çanağın küt travması, qasıq sümüyünün sınığı, sağ bud nayihəsinin küt travması, alın nayihəsinin əzilmiş-sıyrılmış yarası xəsarətləri aşkar edilib.

Qadın komatoz vəziyyətdə olduğundan onun hansı şəraitdə və kim tərəfindən xəsarət alması müəyyən edilməyib. Hadisənin təfərrüatlarını zərərçəkənin yaxınlarından öyrənməyə çalışırıq. Zərərçəkənin anası deyir ki, Aygün 6 uşaqdan biridir. O iki gün əvvəl evdən çıxıb, bir daha geri qayıtmayıb.

Gəlinimə deyib ki, gedirəm gəlməyəcəm. Ailəli olub, boşanıb. Səhərisi mən işdə olarkən qızın gətirib, şəklin göstərdilər ki, bunu tanıyırsan? Dedim hə. Yolun qırağından tapıblar.

İddialar müxtəlifdir. Kimisi qızı maşın vurduğunu, kimisi də döyüldüyünü iddia edir. Əsl səbəb isə aparılan araşdırmalardan sonra bəlli olacaq. Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Emin Babayev SPACE TV

Paylaş

 Xəbəriniz olsun