18 yaşlı futbolçu fantastik qol ilə “Liverpul”a qələbə qazandırdı

  • Space TV
  • 6 Yanvar 2020 10:57

İngiltərə Kubokunun III turunda “Liverpul” öz meydançasında “Everton”u qəbul edib.

SPACE TV  xəbər verir ki, əvəzləyici heyətlə oynayan “mersisaydlılar” minimal hesabla qələbə qazanıblar – 1:0. 

Oyunda yeganə golu gözəl zərbə ilə 18 yaşlı yarımmüdafiəçi Kertis Cons vurub (71 dəq).

Bu Consun “Liverpul”un əsas komandasında ikinci oyunu və ilk qoludur.

Paylaş

 Xəbəriniz olsun