17 yaşlı gənc oğlan ürəyindən bıçaqlanıb

  • SpaceTV
  • 23 Oktyabr 2019 14:08

Qətl  hadisəsi şəhərin Bağmanlar qəsəbəsində “Xan Arxı” deyilən ərazidə baş verib. İnsident nəticəsində 2002-ci il təvəllüdlü, Gəncə şəhər sakini Verdiyev Əzim Elşad oğlu ürəyindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə Gəncədəki xəstəxanalardan birinə gətirilib. Həkimlərin səyinə baxmayaraq, o, xəstəxanada keçinib.  Mərhum Əzim Elşad oğlu Verdiyevi  bıçaqlayan şəxs polis tərəfindən saxlanılıb. Bu, Gəncə şəhər sakini Elgün Rövşən oğlu Məmmədovdur. Orta məktəbin 10-cu sinfində oxuyan təqsirləndirilən şəxs ilkin ifadəsində hadisəni etiraf edib. O, mərhum Əzim Verdiyevin çayxanada onun əmisi oğlu ilə mübahisə etdiyini və onu vurmaq istədiyini, və  Əzimi qabaqlayaraq, özü  onu vurduğunu bildirib. Hadisə ilə bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

Zakir Muradov  SPACE TV

Paylaş

 Xəbəriniz olsun