17 yaşlı gənc itgin düşüb

  • SpaceTV
  • 13 Sentyabr 2019 14:45

Siyəzəndə 17 yaşlı gənc evdən çıxıb bir daha geri qayıtmayıb. İndi ailəsi onu axtarır.

Siyəzən rayonunun Yenikənd kənd sakini, 17 yaşlı Əlikram Fərzəliyev cari ilin iyul ayının 15-də səhər saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Əlikram Fərzəliyev əlamətləri belədir: Boyu 165 sm. orta bədən quruluşlu, saçlarının və gözlərinin rəngi qaradır. Evdən çıxan zaman onun əynində qəhvəyi rəngli köynək, göy rəngli cins şalvar və qara rəngli ayaqqabı olub. Şəkildə gördüyünüz gənci tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Siyəzən Rayon Polis Şöbəsinə 02330-4-13-03 şəhər, 051-772-06-06 və 070-330-31-83 (atası- İslam Fərzəliyev) mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.      

Emin Vaqifoğlu

Space

Paylaş

 Xəbəriniz olsun