17 bina sökülür

  • SpaceTV
  • 30 Oktyabr 2019 17:14

Bakıda 17 ünvanda qəzalı binalar sökülür. Bunlar əsasən yataqxana tipli binalardır. Söküləcək binalar  Binəqədi, Yasamal,  Sabunçu, Suraxanı, Xətai rayonlarının ərazisində  yerləşir. Bina sakinlərinə ödəniləcək kompensasiyanın  məbləğinə gəlincə Binəqədi rayonu 78 saylı mənzil kommunal istismar sahəsinin rəis əvəzi Vidadi Nəcəfov bildirdi ki, həmin binalarda sahəsi 30 kvadrat metrə qədər olan mənzil sahiblərinin hər birinə 30 min manat vəsait ödənilməsi nəzərdə tutulub. Köçürülən sakinlərə bu vəsait ödənilib.

 “ Qəzalı binalardan 2-si  Binəqədi rayonundadır. Koroğlu Rəhimov 53 a və Ağa Sadıq Gəraybəyli 41. Bəzi sakinlərin köçürülmə prosesi artıq başa çatıb.

Binəqədidə yerləşən hər iki binada ümumilikdə 211 ailə yaşayır. Həmin ailələrdən 105-i razılaşdırma protokolunu imzalayıb.  Onlardan 90-ı tamamilə köçürülüb və bu mənzillərdə söküntü işləri aparılır.

 “Qəzalı binalarda olan vətəndaşların köçürülməsi Maliyyə Nazirliyinin ayırdığı vəsait hesabına gerçəkləşəcək. Bina sakinlərinə kompensasiyanın ödənilməsi və onların köçürülməsi müvafiq icra hakimiyyətləri tərəfindən həyata keçiriləcək
Bakı şəhər icra hakimiyyətindən verilən məlumata görə  Binəqədi rayonunda yerləşən binalardan başqa digər  rayonlarda da sakinlərin köçürülməsi prosesinə başlanılıb. Onu da qeyd edək ki, sözügedən binalar kəskin qəzalı vəziyyətdə olduğu üçün sökülür.

NƏRGİZ ƏRƏSTUNQIZI  SPACE  TV

Paylaş

 Xəbəriniz olsun