17 bina söküləcək

  • SpaceTV
  • 17 Avqust 2019 13:29

Space.TV-yazır ki, paytaxtda qəza vəziyyətində olan 17 yaşayış binası söküləcək. Artıq qərar verilib. Sakinlər tam köçürüldükdən sonra söküntüyə başlanacaq.

Paytaxtın Xətai rayonunda General Şıxlınski küçəsi 42. ünvanında yaşayan sakinlər köçürüləcək. Burada yerləşən ümumi yaşayış binası artıq istismar müddətini başa vurub. Sovet dönəmində inşa edilən bina qəza vəziyyətindədir. Bu səbəbdən Bakı şəhər İcra Hakimiyyəti binanın sökülməsi ilə bağlı qərar verib.

Yaxın günlərdə vətəndaşların köçürülməsinə başlanacaq. Qərara əsasən, hər mənzilə görə 30 min manat birdəfəlik yardım ödənəcək. Bu məbləğlə razılaşmayan sakinlərə isə, həmin ərazidə inşa ediləcək yeni binada mənzil veriləcək.

General Şıxlınski 42-də yerləşən bu bina kimi daha 17 binanın sökülməsi qərara alınıb. Paytaxtın 6 rayonunda yerləşən bu vəziyyətdə olan binalar sökülərək yerində müasir və keyfiyyətli yaşayış kompleksləri inşa ediləcək.

Cəfər Talıb –  Space

Paylaş

 Xəbəriniz olsun