Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanverən 169 nəfərdə virus aşkarlanıb.
Aşura günündə bəzi donorlar nəinki başqasının dərdinə dərman ola bilməyiblər, əksinə özlərinin dərdləri üzə çxıb. Yardım məqsədi ilə könüllü qanverən 169 nəfərdə virus aşkarlanıb.
Onuda qeyd edək ki, ölkə üzrə Aşura günü ilə əlaqədar keçirilən aksiyalarda 5 min 809 könüllüdən alınan qanların yoxlanıldıqdan sonra təhvil verilib.
Ümumilikdə Aşura günündə 2 min 614.1 litr qan tədarük olunub. Müayinələr zamanı 44 nəfərdə hepatit B, 76 nəfərdə Hepatit C Və 49 nəfərdə isə SİFLİS aşkar olunub. Virus aşkar olunan nümunələr istifadədən kənarlaşdırılıb və müvafiq qaydalara uygun olaraq zərərsizləşdirilib.
Tural Şahinoglu Sabir Əhmədov Space