16 yaşlı qız sağalacaq

  • SpaceTV
  • 22 Noyabr 2019 12:43

Rayonun Kürdəbaz kəndində yaşayan Həşimovlar 8 ildir ki, ailə başçısız qalıb. Aysundan başqa bir qızı da olan Mehri xanım övladlarını atasız böyüdüb. 1-ci qrup əlil olan ana ürək ağrısı ilə son 3 ildə qızının başına gələnləri bizə danışdı.

 Qaraciyərin sirrotik dəyişikliyi, splenomeqaliya, 2-cili hipotrofik xolesistit və pankreasın reaktiv dəyişikliyi Aysuna qoyulan son diaqnozdur. Bağırsaqları pnevmatozlu olan pasientin əməliyyatı üçün 55 min manat pul lazımdır. Bu məbləği toplamaq isə Həşimovlar kimi imkansız ailəyə həddən artıq çətindir. Aysunun və yaxınlarının gözləməyə nə taqəti, nə də zamanı qalıb. Qızının gözünün qabağında əridiyini görən anası belə bir vəziyyətdən çıxış yolunu evini satmaqda görür.

Şəfqət, başqasının halına yanmaq, xeyirxah işlər görmək, səxavət kimi keyfiyyətlər həmişə xalqımızın ən mühüm həyati dəyərləri olub və indi də belədir. İnanırıq ki, səsimizə səs verən xeyirxah insanlar olacaq. Aysunun əməliyyatı üçün yardımlarınızı ekranda olan bank hesabına göndərə və ya (050) 963 48 02, (050) 411 49 10 telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun