16 nəfər dünyasını dəyişdi

  • SpaceTV
  • 27 Avqust 2019 16:39

Hindistanın şimalındakı Üttər Pradeş ştatının Şahcahanpur şəhəri yaxınlığında magistral yolda baş verən ağır qəza nəticəsində aralarında 1 qadın və 3 uşağın da olduğu azı 16 nəfər ölüb, daha bir neçə nəfər ciddi xəsarət alıb.

Space TV The New Indian Expressə istinadən xəbər verir ki, şəhər polisindən verilən məlumata görə, yol kəsişməsinə yüksək sürətlə daxil olan yük avtomobili sürücünün idarəetməni itirməsi üzündən sərnişinlərlə dolu mikroavtobusla toqquşaraq onu yol qırağındakı xəndəyə atıb və sonra mikroavtobusun üzərinə aşıb. Yük avtomobilinin sürücüsü də xəsarət alanlar ilə birgə xəstəxanaya yerləşdirilib.

Paylaş

 Xəbəriniz olsun