Artıq 2 həftədir ki, paytaxtın bütün rayonlarında yaradılmış stasionar postlarda karantın rejiminə görə, polis və daxili qoşunların əməkdaşları tərəfindən bütün nəqliyyat vasitələri, onların sürücüləri və sərnişinləri yoxlanıldıqdan sonra hərəkətlərinə icazə verilir. Görüntülər Sabunçu rayonu Zabrat qəsəbəsindəki yoxlama –buraxılış postundandır.
Əvvəlki günlərlə müqayisədə vətəndaşların icazə sms-i göndərmədən evdən çıxması və yaxud da karantin qaydalarının kütləvi şəkildə pozulması halları xeyli azalıb.Bunu postlarda xidmət aparan polislər də təsdiq edir, ancaq əksər şəxslər yenə də evdən çıxmaq üçün müxtəlif bəhanələr gətirərək polisi aldatmaqla postu keçməyə cəhd edirlər. Təəssüf ki, nəticədə həmin şəxslər cərimələnərək geri qaytarılır
Cərimə olunanların əkəriyyəti 2 saatlıq icazə aldıqları halda postlarda yoxlanılan zaman, sms-in müddətinin bitdiyi məlum olur.
Postlarda yaranan tıxacların bir səbəbi də yoxlama zamanı sürücü və sərnişinlərin vaxtında polisə sənəd təqdim etməməsidir.
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə təkcə ötən sutka ərzində respublikanın avtomobil yollarında, nəqliyyat vasitələri ilə hərəkətdə olan 1503 nəfər inzibati məsuliyyətə cəlb edilib.Ümumilikdə isə aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 16 483 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
RƏŞAD VƏKİLOĞLU SPACE TV