1500 ədəd tibbi maska paylandı

  • Space TV
  • 14 May 2020 15:52

Şəki şəhəri ərazisində sakinlərin ən çox toplaşdığı məkan əlbətdə ki, bazar ərazisidir. Gediş-gəlişin çox olduğu bazarda polis  və bazar əməkdaşları tərəfindən sakinlərlə maarifləndirici söhbətlər aparılıb. Qoruyucu maskalardan istifadə etməyən vətəndaşlara isə tibbi maskalar, o cümlədən əlcəklər paylanılıb.

Apardığımız müşahidələr zamanı evdən çıxaraq bazara alış-verişə gələn insanların əksəriyyətinin tibbi qoruyucu vasitələrdən istifadə etmədiyini gördük.

Sağlamlıqlarına məsuliyyətsiz yanaşanlarla yanaşı, bütün qaydalara əməl edən satıcı və müştərilər də az deyildi.

Bölgənin ən böyük bazarında karantin dövründə bu vaxta qədər üç dəfə dezinfeksiya işləri aparılıb. Mütəmadi olaraq bazarda fəaliyyət göstərən satıcılar tibbi maska və əlcəklə təmin olunur.

Şəki bazarında bir-neçə saat ərzində 1500 ədəd tibbi maska və əlcək Şəki sakinlərinə paylanılıb. Qeyd edək ki, may ayının 4-dən etibarən Bakı, Sumqayıt, Abşeron, Gəncə və Lənkəran şəhərləri istisna olmaqla ölkənin bütün şəhər və rayonlarında karantin rejimi yumşaldılıb. Ancaq vətəndaşlar iaşə müəssisələrində, ictimai nəqliyyatda mütləq tibbi maskalardan istifadə etməlidir…

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun