150-dən çox reys təxirə salınıb

  • SpaceTV
  • 6 Avqust 2019 11:47

Yaponiya aviaşirkətləri ölkənin cənub-qərb hissəsində tüğyan edən güclü “Fransisko” tayfununa görə 150-dən çox təyyarə reysini təxirə salmağa məcbur olub. Bu barədə Yaponiyanın İctimai televiziyası məlumat yayıb.

Qeyd olunur ki, bu günə qədər Kyusyu adasından ölkənin digər bölgələrinə nəzərdə tutulan 160-a yaxın daxili təyyarə uçuşu ləğv edilib. Pis hava şəraiti ölkənin cənub-qərbindəki dəmir yolu nəqliyyatında fasilələrə səbəb olub. 15 mindən çox insan təxliyyə barədə məlumatlandırılıb. 

Paylaş

 Xəbəriniz olsun