15 yaşlı yeniyetmə ürəyindən bıçaqlandı

  • Space TV
  • 23 Oktyabr 2019 13:59

Gəncə şəhərində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

SPACE TV məlumatına görə, hadisə Gəncə şəhəri, Təbriz küçəsi, “Xan Çinar” restoranının qarşısında baş verib.

Gəncə şəhər sakini, 2004-cü il təvəllüdlü Məmmədov Elgün Rövşən oğlu 2002-ci il təvəllüdlü Verdiyev Əzim Elşad oğlu ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə zamanı E.Məmmədov bıçaqla Ə.Verdiyevi ürəyindən bıçaqlaıb.

Bundan başqa, E.Məmmədov hadisə yerində mübahisəni sakitləşdirmək istəyən Gəncə şəhər sakini, 2003-cü il təvəllüdlü Həsənov Əlmuraz Fuad oğlunu da bıçaqlayıb.

Paylaş

 Xəbəriniz olsun