15 yaşlı yeniyetmə ilə yaxınlıq etmiş XİN başçısı ictimaiyyətdən üzr istədi

  • SpaceTV
  • 18 Sentyabr 2020 16:04

Danimarkanın Xarici İşlər naziri Yeppe Kofod mənsub olduğu Sosial Demokrat partiyasının 15 yaşlı fəalı ilə cinsi münasibətdə olduğuna görə ictimaiyyətdən üzr istəyib.

Spacetv.az “Sputnik” agentliyinə istinadən xəbər verir ki, hadisə 2008-ci ildə Pasxa kursları zamanı baş verib.

“Mən sərxoş və axmaq idim. Çox yaxşı bilirəm ki, bağışlanma diləmək kifayət deyil. Kaş ki, nəyisə dəyişdirə bilərdim. Edə biləcəyim yeganə şey bağışlanma diləməkdir”, – deyə 46 yaşlı XİN başçısı qeyd edib.

Bildirək ki, Danimarkada 15 yaşı tamam olan qadına cinsi partnyorunu seçmək azadlığı verilir.

Y.Kofod 2008-ci ildə qanunu pozmasa da, məlum hadisə ilə əlaqədar bütün siyasi vəzifələrdən istefa vermək məcburiyyətində qalmışdı.

O, yalnız 11 ildən sonra siyasi fəaliyyətini bərpa edə bildi və 2019-cu ildə Danimarka Xarici İşlər Nazirliyinin başçısı təyin olundu.

Paylaş

 Xəbəriniz olsun