15 yaşlı qız bayram günü intihar etdi

  • Space TV
  • 9 Mart 2021 11:11

Ağsu rayonunda 15 yaşlı qız 8 Mart Beynəlxalq Qadınlar Günündə intihar edib.

Spacetv.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, rayon sakini, 15 yaşlı Pərvanə Salahzadə martın 8-də intihar edib.

O, yaşadığı evin həyətində yerləşən çinar ağacından özünü asıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun