15 polis xəsarət alıb

  • SpaceTV
  • 26 Avqust 2019 13:35

Honkonqda radikal nümayişçilərlə toqquşmalar nəticəsində 15 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Asayiş keşikçilərindən biri özünü müdafiə etmək üçün ilk dəfə odlu silahdan havaya xəbərdarlıq atəşi açıb.

Space TV -nin Xarici KİV-ə istinadən verir ki, polis əməkdaşlarının xəsarət alması ilə bağlı hüquq-mühafizə orqanlarının nümayəndəsi  məlumat verib.  Onun sözlərinə görə, bir gün əvvəl qeyri-leqal yığıncaqların ümumilikdə 12-48 yaşlı 29 iştirakçısı saxlanılıb. Polis Çuen Van şəhərində nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz və iki yeni xüsusi avtomobil tətbiq edib.

Qeyd edilir ki, radikalların hücumlarına məruz qalan 6 polis zabiti öz həyatları üçün təhlükədən ehtiyat edərək tapançalarını çıxarıblar. Asayiş keşikçilərindən biri özünü müdafiə etmək üçün ilk dəfə odlu silahdan havaya xəbərdarlıq atəşi açıb.

Paylaş

 Xəbəriniz olsun