15 AİLƏYƏ MƏNZİL VERİLİB

  • SpaceTV
  • 7 Avqust 2020 16:42

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazilriyi tərəfindən Gəncə şəhərində bir qurup şəhid ailəsi və Qarabağ müharibəsi əlillərinə mənzillər verilib.

Space tv-nin məlumatına görə, Bu dəfə 15 mənzil sözügdən kateqoryadan olan şəxslərə təqdim edilib. Təqdim etmə mərasimində Əmək və Əhalunin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev və diər şəxslər iştirak edib.

Məlumat üçün bildiək ki bu il üçün şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 1500 mənzil verilib. Ümumiyyətlə bu kateqoryadan olan şəxslərin mənzillə təmin olunmasl ilbəil artır. Təkcə son üç ildə bu rəqəm 500-600-700 təşkil edib. Bu dəfəki mənzillərdən 11 şəhid ailəsinə, 4 Qarabağ müharibəsi əlilinə verilib. Mənzillə təmin olunanlar sırasında Azərbaycanın Milli Qəhramanı Elburus Allahverdiyevin də ailəsi var.

 Ümumilikdə dövlət tərəfindən vətənimizin müdafiəsi uğrunda şəhid olan şəxslərin ailələrinə, eləcədə döyüşlərdə sağlamlığını itərən vətəndaşlarımıza  8 min 142 mənzil və fədi ev verilib. Tədbirdə bir daha qeyd edilib ki, şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması bundan sonrada davam etdiriləcək.

Zakir Muradov  Space tv

Paylaş

 Xəbəriniz olsun